AZ

İsrail ordusu Livanda quru əməliyyatlarını davam etdirir - FOTO

İsrail ordusunun hərbçiləri Livanın cənubunda ön müdafiə zonasını gücləndirmək və İsrailin şimalındakı mülki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə məqsədyönlü quru əməliyyatlarını davam etdirirlər.

Bizim.Media xəbər verir ki, əməliyyatlar zamanı İsrailin şimalına yönəlmiş raket qurğusu, həmçinin “Hizbullah”ın İsrail ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı terror hücumlarında istifadə etdiyi tank əleyhinə raketlər və digər silahlar aşkar edilib.
 

Aşkarlanan silahlar arasında texnoloji avadanlıq, atıcı silahlar, partlayıcı qurğular, qumbaralar və döyüş sursatları da olub. Bundan başqa, İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” döyüşçülərinə və hərbi infrastruktura, o cümlədən içərisində silahlının olduğu komanda mərkəzinə zərbə endirib.


“İsrail ordusu ‘Hizbullah’ terror təşkilatına qarşı fəaliyyətini davam etdirəcək və İsrail mülki vətəndaşlarına hər hansı zərər yetirilməsinə imkan verməyəcək”, - deyə ordunun mətbuat xidmətinin bəyanatında bildirilir.




Bizim.Media

Seçilən
6
1
bizim.media

2Mənbələr