AZ

Razılıq əldə edildi -

"Mançester Yunayted"də oynayan türk qapıçı Altay Bayındır Türkiyəyə qayıdır. Metbuat.az xəbər verir ki, "Beşiktaş" Türkiyə milli komandanın qapıçısı ilə razılığa gəlib. "Daily Mail" qəzetində yer alan xəbərə görə, Türkiyə nəhəngi Altay Bayındırla şəxsi şərtlərlə bağlı razılıq əldə edilib. Məlumata görə, transferin yekunlaşması üçün "Beşiktaş" və "Mançester Yunayted" arasında transfer haqqı ilə bağlı danışıqlar davam edir. Tərəflərin razılıq əldə edəcəyi irəli sürülür.

Qeyd edək ki, Altay Bayındır 2023-cü ildə "Fənərbaxça"dan "Mançester Yunayted"ə transfer olub.

Seçilən
16
metbuat.az

1Mənbələr