AZ

“Facebook” deputatın paylaşımını sildi - FOTO

"Diqqət! "Facebook" 30.000-dən çox insanın bəyəndiyi bir fotoşəkili olan paylaşımımı səssizcə, qorxaqcasına və heç bir xəbərdarlıq etmədən silmək qərarına gəldi. Ona görə də onu yenidən paylaşıram. Yenidən paylaşımlar və daha böyük səfərbərlik tələb edirəm. Məni susdurmayacaqlar".

"Yeni Sabah" xəbər verir ki, bunu polşalı deputat Konrad Berkoviç bildirib.

O, Seymdə (parlament) çıxışı zamanı İsraili "yeni Üçüncü Reyx" (faşist Almaniyası - red.) adlandırıb.

Deputat sosial şəbəkə hesabında qeyd edib: "Yəhudilər havadan oksigeni udan və boğularaq ölümə səbəb olan qadağan olunmuş fosfor bombasından istifadə edirlər. Üstəlik, bu bombadan çıxan tüstüsü onların ciyərlərinə daxil olur və onları içəridən yandırır. Bu bombalar insanları boğur. On minlərlə qadın və uşağı. Amma əgər hansısa uşaq şanslıdırsa və boğulmursa, ağ fosfor onların yanağına, əlinə yapışacaq və toxumadan sümüyə qədər yandıracaq. Fosfor bombası söndürülə bilməz, ona görə də yanağını kəsib əlini amputasiya edirlər.

İsrail gözümüzün qarşısında xüsusi qəddarlıqla soyqırım törədir. İsrail yeni Üçüncü Reyxdir və onun bayrağı 1933-cü ildən 1945-ci ilə qədər Almaniyanın bayrağına tam bənzəməlidir.


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr