Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dolu atmosferin yuxarı qatlarında güclü hava axınları və temperatur fərqləri nəticəsində yaranan təbiət hadisəsidir. Bu proses əsasən qalaqlı-yağış buludlarının daxilində baş verir. Buludun aşağı hissəsindəki su damcıları güclü şaquli hava axınları vasitəsilə atmosferin sıfır dərəcədən aşağı temperatur olan yüksək təbəqələrinə qalxır.Demokrat.az xəbər verir ki, burada donan su damcıları kiçik buz dənələrinə çevrilir.Buz dənələri buludun içində hərəkət edərək aşağı və yuxarı istiqamətdə dəfələrlə yerini dəyişir. Hər dəfə aşağı enərkən rütubətli hava ilə təmasda olur, yenidən yuxarı qalxdıqda isə üzərindəki su təbəqəsi donur. Bu dövrü proses nəticəsində buz dənəsinin ətrafında yeni qatlar formalaşır və onun ölçüsü tədricən böyüyür. Dolunun daxili quruluşuna diqqət yetirdikdə bu təbəqələri aydın görmək mümkündür.Buz kütləsi ağırlaşdıqda və buluddakı hava axınları onu saxlaya bilməyəcək həddə çatdıqda dolu yerə düşməyə başlayır. Dolunun ölçüsü buludun hündürlüyündən, daxilindəki rütubətdən və hava axınlarının sürətindən birbaşa asılıdır. Güclü küləklər buz dənələrini daha uzun müddət havada saxladığı üçün bəzən dolu dənələrinin diametri bir neçə santimetrə çatır. Bu hadisə adətən ilin isti vaxtlarında, yer səthi ilə atmosferin yüksək qatları arasında kəskin temperatur fərqi yarandıqda müşahidə olunur.Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.