Dünya İnkişaf Bankı Yaxın Şərqdəki müharibədən ciddi şəkildə zərər çəkmiş ölkələrə 80 milyard dollarla 100 milyard dollar arasında vəsait ayıra bilər. Bank bu vəsaitləri təxminən 15 ay ərzində səfərbər edə bilər. The Guardian qəzetinin verdiyi məlumata görə, bu barədə Dünya İnkişaf Bankının rəhbəri Ajay Banqa bildirib.
Banqanın sözlərinə görə, maliyyələşdirmə ölkələrin böhrana cavab pəncərəsi vasitəsilə əldə edə biləcəyi 20-25 milyard dolları əhatə edəcək - göstərilən məbləğin 10%-i. Mövcud proqramların yenidən təyin edilməsi ilə əlavə 30-40 milyard dollar təmin edilə bilər.
Bununla belə, əgər müharibə bundan sonra da davam edərsə, Dünya Bankı 80-100 milyard dollarlıq hədəfə çatmaq üçün əlavə maliyyələşdirmə tapmaq üçün balans hesabatına və ehtiyatlarına baxmalı olacaq, deyə Dünya Bankının rəhbəri Bretton Woods Komitəsi tərəfindən təşkil edilən tədbirdə bildirib.
Nəşr Beynəlxalq Valyuta Fondunun çərşənbə axşamı günü İrandakı müharibənin daha da şiddətlənməsinin qlobal tənəzzülə səbəb ola biləcəyini bildirdiyini xatırladır.
Məlum olduğu kimi, İrandakı müharibəyə cəlb olunan Yaxın Şərq ölkələrinə Küveyt, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniya daxildir.
Qeyd etmək lazımdır ki, martın əvvəlində ABŞ və İsrailin İrana hücumlarının enerji qiymətlərini əhəmiyyətli dərəcədə artıracağı və qlobal iqtisadiyyatı uzunmüddətli böhranla təhdid edəcəyi gözlənilirdi.
Əziz MUSTAFA