AZ

Lüks bazarın ən sürətlə böyüyən seqmenti çöküb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropanın ən iri lüks brendlərinin Dubay və Əbu-Dabidə satışları azalıb. Buna səbəb İranla bağlı münaqişənin sektorun ən sürətlə böyüyən bazarına zərbə vurması olub. Bu isə dəyəri 400 milyard dollar olan sənaye üçün növbəti ağır zərbə sayılır.

Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, son üç ildə bu sahənin dəyəri azalıb.

“Lüks brendlər mart ayında Dubayın ən iri ticarət mərkəzlərindən biri olan "Mall of the Emirates"də satışların ötən ilin eyni ayı ilə müqayisədə 30-50% azaldığını bildiriblər”, — deyə agentliyə indiyədək dərc olunmamış məlumatlarla tanış olan mənbə deyib.

Bu rəqəmlər münaqişənin lüks sektoruna, xüsusilə də bu həftə rüblük satış hesabatlarını açıqlamalı olan "LVMH", "Kering" və "Hermes"ə təsirinin göstəricisi hesab olunur.

“2005-ciildən fəaliyyət göstərən, dünya şöhrətli markaların satıldığı “Mall of the Emirates” ticarət mərkəzinə gələnlərin sayı mart ayında 15% azalıb”, — deyə mənbə bildirib. Həmin mərkəzdə "LVMH"yə məxsus "Louis Vuitton" və "Dior", "Kering"ə aid "Gucci", "Richemont"un "Cartier" brendi, eləcə də "Chanel" və "Rolex" butikləri fəaliyyət göstərir. Burada, həmçinin qapalı xizək kurortu və vellness klinikası da yerləşir.

Turistlər arasında daha populyar olan daha iri "Dubai Mall" ticarət mərkəzində isə ziyarətçi axını təxminən 50% azalıb. Bunu həmin mənbə və sektordakı daha bir mənbə bildirib. Bu isə satışlarda daha böyük eniş ehtimalına işarə edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
icma.az

1Mənbələr