AZ

Türk dövləti Hindistanla dostlaşır?

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Özbəkistanla Hindistanın Namanqan şəhərində “Dustlik-7” birgə hərbi təlimi başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Hindisitan Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, builki təlim Qurumsaray təlim poliqonunda keçirilir və 25 aprelə qədər davam edəcək. Təlim hər il Hindistan və Özbəkistan arasında növbə ilə keçirilir. Əvvəlki təlim ötən ilin aprel ayında Aundhdakı (Pune, Hindistan-red) Xarici Təlim Mərkəzində baş tutub.

Bu il təlimdə təxminən 60 hindistanlı hərbçi, o cümlədən Mahar Alayının piyada batalyonundan 45 əsgər və Hindistan Hərbi Hava Qüvvələrinin 15 nümayəndəsi iştirak edir. Özbəkistan tərəfindən də quru qoşunlarından və hava qüvvələrindən oxşar sayda əsgər təlimlərdə iştirak edir.

Təlimin məqsədi hərbi əməkdaşlığı inkişaf etdirmək və yarımdağlıq ərazilərdə əməliyyatlar aparmaq üçün birgə imkanları artırmaqdır. Xüsusi diqqət fiziki hazırlığa, birgə planlaşdırmaya, taktiki əməliyyatlara və xüsusi silahlardan istifadədə əsas bacarıqlara yönəldiləcək. Həmçinin, birgə əməliyyatların planlaşdırılması və aparılması zamanı hər iki tərəfin komandanlıq və idarəetmə strukturları arasında qarşılıqlı əlaqə üçün vahid alqoritm hazırlamaq planlaşdırılır.

Əsas elementlərə ərazi naviqasiyası, düşmənin bazalarına qarşı zərbə əməliyyatları aparmaq və onun nəzarəti altında olan əraziləri ələ keçirmək daxildir. Hindistan tərəfi Özbəkistan Silahlı Qüvvələrinin prosedurları və taktikaları ilə tanış olacaq və öz təcrübəsini də bölüşəcək.

Son mərhələ qanunsuz silahlı qrupların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatların hazırlanması və aparılması da daxil olmaqla, birgə əməliyyatlar çərçivəsində taktiki hərəkətlərin tətbiqinə yönəlmiş 48 saatlıq yekun təlim olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
modern.az

1Mənbələr