AZ

“Qapı”da gözləyən təhlükə “Qarabağ” axtarışdadır

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Qarabağ” mövsümün sonunda iki qapıçısı – Mateuş Koxalski və Fabian Buntiçlə vidalaşa bilər.

Futbolpress.az-ın məlumatına görə, polşalı qolkiper Koxalskiyə Avropanın TOP-5 Liqa klublarından maraq var. 25 yaşlı qapıçı Azərbaycan təmsilçisindən ayrılmağa müsbət yanaşır.

Buntiç isə oyun praktikasının azlığından narazıdır. 2024-cü ilin yayında heyətə cəlb olunan, ancaq gözləntiləri doğrultmayan qolkiper daha çox ehtiyatda qalır. Bu səbəbdən o, yayda klubunu dəyişmək niyyətindədir. Buntiçə ölkəsi Xorvatiyadan  maraq var.

Koxalski bu mövsüm 34, Buntiç isə 6 oyunda meydana çıxıb.

“Qarabağ” yayda heyətini ən azı iki legioner qolkiperlə gücləndirmək niyyətindədir. Komandanın kapitanlarından Şahruddin Məhəmmədəliyevin tez-tez zədələnməsi bunu zəruri edir.

Daha əvvəl “İmişli”nin qapıçısı Andrey Sinenkanın “atlılar”ın diqqətində olduğu bildirilmişdi. “Qarabağ”ın maraqlandığı digər qolkiper isə “Şamaxı”dan Rikardo Fernandesdir. Hər iki qapıçının klubla müqaviləsi yayda başa çatır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
futbolpress.az

1Mənbələr