Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ərzurum boru kəmərivasitəsilə 5 milyard 653 milyon kubmetr qaz nəql edilib.
Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Qurumun məlumatına görə, bu göstərici 2025-ci ilin yanvar-martaylarının analoji dövrü ilə müqayisədə 205 milyon kubmetr və ya3,8% çoxdur.
Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 11milyard 125 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilinyanvar ayı ilə müqayisədə 3,3% çoxdur. Bununla belə, qazın ümumihəcminin 50,8%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəqlolunub.
Bu boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazAzərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilinsonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsininbirinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb.2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikincimərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qazkəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.