AZ

Azərbaycanda qadın kafedə kişini döydü İş yoldaşım Südabə bizi ayırdı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Quba rayonunda kafedə dava olub, kafeni işlədən qadın kişi müştəriyə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 22-də Quba şəhəri, köhnə avtovağzal ərazisində baş verib. 2004-cü il təvəllüdlü Sevda həmin gün gecə saat 1 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Səlimin (adlar şərtidir – red.) üzündən əl-yumruq zərbələri ilə vurub, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Sevda ifadəsində göstərib ki, Quba şəhəri, köhnə avtovağzal ərazisində yerləşən kafedə administrator işləyir:“Noyabrın 21-də, saat 23 radələrində Səlim kafeyə gələrək yeyib-içdi. Gec olduğundan ona kafeni tez bağlayacağımı bildirdim. O, məndən hesabı istədi. Mən hesabı gətirdim. Səlim hesabın çox olduğunu və həmin məbləğdə pulu olmadığını dedi. Bununla bağlı aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı o, mənə qarşı nalayiq ifadələr işlətdi. Səlimin bu hərəkətindən qəzəblənərək yaxasından tutdum və üzünə yumruqla vurdum. Səlim də mənim boğazımdan əli ilə tutdu. Orada olan iş yoldaşım Südabə bizi ayırdı”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirlçəndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
demokrat.az

1Mənbələr