Keniyanın paytaxtı Nayrobidə keçirilən Afrika Şəhər Forumu çərçivəsində Azərbaycan Milli QHT Forumunun nümayəndəsi Ramil İsgəndərli Keniyanın "Newsroom Hub" saytına açıqlama vermişdi. Ramil İsgəndərli öz sosial media hesabında həmin açıqlamadan bir hissə paylaşıb.
QHT.az paylaşımı təqdim edir:
"DANEWs (Nigeriya): Vətəndaş cəmiyyəti təşkilatları Afrikanın şəhər inkişaf gündəmini formalaşdırmaqda daha geniş iştirak üçün çağırışları gücləndiriblər və xəbərdarlıq ediblər ki, yerli (grassroots) səslərin prosesdən kənarda qalması davamlı və ədalətli şəhərlərin qurulması səylərinə zərər verə bilər.
Bu tələb Nayrobidə keçirilən İkinci Afrika Şəhər Forumu çərçivəsində aparılan müzakirələr zamanı səsləndirilib. Forumda qlobal cənubdan olan müxtəlif maraqlı tərəflər şəhərləşmə, mənzil təminatı və iqlimə davamlılıq mövzularında şəhərlərin gələcəyi barədə müzakirələr aparıblar".