AZ

“PAŞA Bank”ın kredit portfeli 3.3 mlrd. manatı keçib

Əsasən korporativ bankçılıqla məşğul olan “PAŞA Bank” ASC-nin müştərilərə verdiyi kredit portfeli 1 aprel 2026-cı il tarixinə 3 mlrd. 326.24 mln. manata qalxıb.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu da illik müqayisədə 1.23% artım deməkdir.

Portfelin əsas hissəsini 3 mlrd. 15.07 mln. manatla biznes kreditləri təşkil edib və bu seqment 1.21% artıb.

İstehlak kreditləri 71.75 mln. manata enərək 19.12% azalıb, daşınmaz əmlak kreditləri isə 239.42 mln. manata yüksələrək 9.86% artım göstərib.

Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri illik müqayisədə 15.73% artımla 80.22 mln. manat olub.

Kredit portfeli üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 109.42 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65.26% artım deməkdir. Bunun nəticəsində kredit portfelinin xalis həcmi 3 mlrd. 216.82 mln. manat olub.

Seçilən
15
banker.az

1Mənbələr