AZ

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri martda 21 % dən çox artıb

ain.az bildirir, 525.az portalına istinadən.

Bu ilin I rübündə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 601,8 milyon manatlıq məhsul istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.

Təkcə martda isə bu sektorda 208,7 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 21,3 % çoxdur.

Bu ilin ilk 3 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq və yaxud illik müqayisədə 0,3 % az ÜDM istehsal olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
525.az

2Mənbələr