AZ

Quba-Xınalıq yolu bağlandı: Sürüşmə var - VİDEO

Quba-Xınalıq yolunda torpaq sürüşmələri davam edir.

Bizim.Media xəbər verir ki, bu dəfə sürüşmə yolun 30-cu kilometrliyində qeydə alınıb.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Yolun 37–45-ci kilometrlərində isə güclü qar yağdığı bildirilir.

Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolun açılması üçün əraziyə cəlb olunublar.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
47
1
bizim.media

2Mənbələr