AZ

Azərbaycanda külək elektrik stansiyalarından enerji istehsalı 52 dəfə artıb

Bakı, 15 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 6 milyard 540,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 6 milyard 342,6 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 2,6 faiz azdır.

Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 51,8 dəfə artaraq 233 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 1,1 faiz artaraq 74,7 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 24,2 faiz azalaraq 501,9 milyon kilovat-saat təşkil edib.

Seçilən
6
1
azertag.az

2Mənbələr