AZ

ABŞ Sakit okeanda əməliyyat keçirtdi, ölənlər var

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıdığı müəyyən edilən qayığa qarşı əməliyyat keçirib, nəticədə ölənlərin olduğu bildirilib.

BAKU.WS xəbər verir ki, məlumata görə, ABŞ Cənub Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat zamanı 4 nəfər öldürülüb. Qurum qeyd edib ki, hədəf "narko-terrorçu" kimi qiymətləndirilən qruplara aid olub və əməliyyat zamanı ABŞ hərbçiləri xəsarət almayıb.

Bildirilir ki, əməliyyat əmri komandan Francis L. Donovan tərəfindən verilib.

Qeyd edək ki, bir gün əvvəl eyni bölgədə keçirilən oxşar əməliyyatda daha 2 nəfər öldürülmüşdü. Bununla da son iki gündə baş verən əməliyyatlarda ümumilikdə 6 nəfərin həyatını itirdiyi açıqlanıb.

ABŞ tərəfi vurğulayıb ki, regionda narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar davam etdirilir.

Seçilən
4
far.az

1Mənbələr