AZ

16 yaşlı vingerə 40 milyon

“Mançester Siti” “Palmeyras”ın 16 yaşlı vingeri Eduardo Konseysaonu transfer etməyə hazırlaşır.

Msport.az xəbər verir ki, İngiltərə klubu bu keçiddə favorit hesab edilir və PSJ, “Çelsi” kimi rəqiblərini qabaqlamağa çalışır.

“Barselona”nın da futbolçu ilə maraqlandığı bildirilir. Qeyd olunur ki, “Mançester Siti” bu transfer üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Lakin oyunçu 18 yaşına çatana qədər Avropaya keçə bilməyəcəyi üçün “Palmeyras” satış üçün tələsmir.

Qeyd edək ki, hazırda Braziliya U-17 yığmasında çıxış edən Konseysaonun turnirdən sonra əsas komandaya cəlb olunacağı gözlənilir.

Seçilən
18
1
msport.az

2Mənbələr