“İran hökuməti qlobal geosiyasi əhəmiyyətə malik olan Hörmüz boğazı ilə bağlı xüsusi qaydalar rejimi tətbiq etmək niyyətindədir”.
Xəbər verilir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani “RİA Novosti” agentliyinə müsahibəsində məlumat verib.
“Hörmüz boğazı dövlətimizin xüsusi mülkiyyəti hesab olunur. Müxtəlif dövlətlərlə qarşılıqlı əlaqələrdə təsir aləti kimi çıxış edən hər bir mülkiyyət kimi, onun üçün də spesifik bir rejim formalaşdırılmalıdır”, – deyə Mühacirani diqqətə çatdırıb.
Onun sözlərinə görə, İslam Respublikası Hörmüz boğazı üzərindəki suverenlik məsələsində ölkənin milli maraqlarının qorunması məqsədilə bütün lazımi vasitələrdən istifadə edir.