AZ

Zerrin Özer uzun müddət sonra qayıdır

Olay.az saytına istinadən ain.az xəbər verir.

Əfsanəvi mahnıları ilə yaddaşlara həkk olunmuş türk sənətçi Zerrin Özer uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparır.

OLAY yazır ki, uzun müddət həm kameralardan, həm də pərəstişkarlarından uzaq yaşayan sənətçi, Cansever üçün təşkil olunan dəstək gecəsində görüntülənib.

Yeriyərkən dəstək aldığı görülən Özerin səhnədə də oturaraq mahnı oxuması diqqət çəkib.

Sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verən Özer bunları deyib: “Beyincikdə iki damar var; biri 70 faiz, digəri 30 faiz tıxanıb. Bu vəziyyət tarazlığımı pozdu, təkbaşına yeriməkdə çətinlik çəkirəm.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
olay.az

1Mənbələr