AZ

Azərbaycan Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub


Azərbaycan Tibb Universitetində yeni kadr təyinatı həyata keçirilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, tanınmış jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Həqiqət İsabalayeva uzun illər müxtəlif media və dövlət qurumlarında fəaliyyət göstərib. O, bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində çalışıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində işləyib.

Son təyinatadək Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən Həqiqət İsabalayeva yeni vəzifəsində ictimaiyyətlə əlaqələrin təşkili və universitetin informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
19
16
musavat.com

10Mənbələr