AZ

Rusiyalı tərtibatçılar hücum dronlarının qrup istifadəsini sınaqdan keçiriblər

“Rostex” mütəxəssisləri hücum dronlarının qrup istifadəsi üçün texnologiya hazırlayıblar.

Herbiand.az dövlət korporasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, döyüş maşınları bu sistemdə avtomatik olaraq hədəf məlumatları mübadiləsi aparır.

Tapşırıq praktiki hədəfləri vurmaqla ilkin sınaqdan keçirilib. Bu cür həll variantı Supercam seriyalı dronlara (İnsansız Sistemlər Qrupu) əsaslanır. Onun tərkibinə təyyarə tipli boşalma sursatları, buraxılış qurğuları və məlumat ötürülməsi üçün modifikasiya edilmiş nəqliyyat vasitəsinə quraşdırılmış idarəetmə stansiyası daxildir.

Gələcəkdə bu texnologiya düşmənin hava hücumundan müdafiə sistemlərinə nüfuz etməkdə, eləcə də ən mürəkkəb hədəflərin konsentrasiya olunmuş zərbə ilə məhv edilməsini təmin etməkdə təsirli ola bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
herbiand.az

1Mənbələr