AZ

AFFA-dan klub meneceri və futbolçuya ağır cəza

BAKI, 15 aprel. TELEQRAF

AFFA II Liqa klublarını cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar verib.

“Araz Saatlı” II Liqada XXII turun “Göygöl”lə oyuna görə 2070 manat ziyana düşüb.

Komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat, menecer Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 1000 manat, futbolçu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə isə 1000 manat cərimələnib.

Həmçinin Xəyal Məmmədov 5 oyun, Samir Məmmədov isə 4 oyun diskvalifikasiya olunub. “Göygöl” klubu isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat, matçöncəsi iclasda “Göygöl” komandasının nümayəndəsi iştirak etmədiyinə görə isə 150 manat ziyana düşüb.

“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat, 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə olunub.

Seçilən
15
teleqraf.com

1Mənbələr