AZ

“Qarabağ” futbolçusunu 2 həftəlik itirdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışından kənarda qalan “Qarabağ”ın futbolçusu Əli Bəşirovun ayaq əzələlərində xırda yırtıqlar var.

Msport.az xəbər verir ki, 15 yaşlı vinger yaxın zamanda yaşıl meydanlara qayıdacaq.

“Əli Bəşirovun zədəsi yüngüldür. İkihəftəlik müalicə təyin olunub. Ayaq əzələlərində xırda yırtıqlar var. Fizioterapiya müalicəsi ilə keçəcək”.

Qeyd edək ki, Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək. 2027-ci ildə bu yaş kateqoriyası üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

Seçilən
27
msport.az

1Mənbələr