Bakı. Trend:
Azərbaycan və Asiya İnkişaf Bankı əlavə maliyyələşdirməimkanlarını müzakirə ediblər.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya DepartamentininBaş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüş keçirdik.
Görüşdə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında uzunmüddətlivə strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorundahəyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsiapardıq.
Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunanvə planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları,qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşmavə dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığıngenişləndirilməsi perspektivlərini müzakirə etdik", - paylaşımdaqeyd edilib.