AZ

"Bayern" ulduz futbolçu ilə danışıqlara başladı: 60 milyonluq plan

“Bayern” “Nyukasl”ın hücumçusu Entoni Qordonu transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı ingilis futbolçu Münhen klubunun prioritet hədəfidir. Transferin dəyəri təxminən 60 milyon avro ola bilər.

Almaniya təmsilçisi ilə futbolçunun nümayəndələri arasında artıq konkret danışıqlar da baş tutub. Qordon “Bayern”də start heyətində yer uğrunda Luis Diasla rəqabət aparmaq üçün əsas seçim kimi görülür.

Futbolçu ilə həmçinin “Barselona” və “Arsenal” da maraqlanır. Bununla belə, “sağsağanlar” İngiltərə millisinin üzvünü komandada saxlamaqda qətiyyətlidirlər.

Seçilən
29
publika.az

1Mənbələr