AZ

Türkiyənin Hörmüzə alternativi: İstanbul kanalı

“Hörmüz boğazının tıxanmasının yaratdığı enerji böhranı fonunda Türkiyə İstanbul kanalının tikintisini sürətləndirir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Business Insider Afrika” nəşri belə yazır. 

“Yeni süni yol Qara dənizi və Mərmərə dənizini birləşdirən Bosfor boğazına paralel uzanacaq. Məqalədə qeyd edildiyi kimi, kanal gündə təxminən 160 gəmiyə və ya tankerə xidmət göstərə biləcək”-deyə adıçəkilən nəşr qeyd edir. 

“Express”in məlumatına görə, 13 milyard arteriyanın özünə, 10 milyard isə ətraf ərazilərin infrastrukturuna olmaqla, layihənin ümumi dəyəri 23 milyard avrodur. “Bu gün biz Türkiyənin inkişaf tarixində yeni bir səhifə açırıq. 

Biz İstanbul Kanalını İstanbulun gələcəyini xilas edəcək bir layihə kimi görürük. O, Bosfor ətrafındakı sakinlərin həyat və əmlak təhlükəsizliyini təmin etməlidir”,-deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə belə deyib. 

Əsas mübahisə rüsum yığmaq hüququ ilə bağlıdır. BMT qaydalarına görə, Bosfor kimi təbii boğazlar pulsuzdur. Lakin ölkələr Süveyş və ya Panama kimi süni kanallar üçün qanuni olaraq pul alırlar. 

İstanbul Kanalı Misirin timsalında Türkiyəyə nəqliyyatdan pul qazanmağa imkan verəcək. Müqayisə üçün Süveyş kanalının təkcə 2026-cı il yanvarın 1-dən fevralın 8-dək olan dövr üçün gəlirləri 449 milyon dollara çatıb. “Arab News”-un məlumatına görə, Beynəlxalq Valyuta Fondu bu gəlirlərin 2030-cu ilə qədər 11,9 milyard dollara qədər artacağını proqnozlaşdırır. 

Seçilən
12
cebheinfo.az

1Mənbələr