AZ

JD Vens: Tramp İranla hərtərəfli saziş əldə etmək niyyətindədir

JD Vens: Tramp İranla hərtərəfli saziş əldə etmək niyyətindədir

ABŞ vitse-prezidenti JD Vens Corciyada keçirilən "Turning Point USA" tədbirində çıxışı zamanı Prezident Donald Trampın İranla dar çərçivəli deyil, əksinə hərtərəfli bir razılaşma imzalamaq istədiyini və bu məqsədlə danışıqları davam etdirəcəklərini bildirib.

AFN.az xəbər verir ki, ABŞ-İran gərginliyini dəyərləndirən Vens hazırda davam edən müzakirələri təxminən bir həftədir qüvvədə olan müvəqqəti atəşkəslə bağlı daha geniş strateji planın tərkib hissəsi kimi xarakterizə edib.

Trampın prosesə baxışını izah edən vitse-prezident qeyd edib ki, dövlət başçısı İranın nüvə silahına sahib olmayacağı böyük bir sövdələşmə arzulayır və Tehran normal bir ölkə kimi davranmağa hazır olarsa, ABŞ-ın da ona iqtisadi cəhətdən normal bir tərəfdaş kimi yanaşacağını vəd edir. Müvəqqəti atəşkəsin hələ də davam etdiyini vurğulayan Vens prosesin canlı olduğunu və potensial razılaşma ilə bağlı nikbinliyini qoruduğunu ifadə edib.

O, dünya və ölkə üçün faydalı olacaq bu nəticəyə nail olmaq üçün mübarizəni davam etdirəcəklərini, hər iki tərəf arasında dərin inamsızlıq olmasına rəğmən qarşı tərəfin də saziş bağlamaq istədiyini düşündüyünü bildirib. Vens eyni zamanda gənc amerikalıların Tramp administrasiyasının Yaxın Şərq siyasətinin bəzi məqamlarına tənqidi yanaşdıqlarını müşahidə etdiyini də sözlərinə əlavə edib.

Seçilən
2
afn.az

1Mənbələr