Yaponiya Hörmüz boğazından gəmiçiliyin bərpası da daxil olmaqla İran ətrafında gərginliyin azaldılmasının vacib olduğunu hesab edir və ABŞ ilə İran arasında dialoq yolu ilə tez bir zamanda yekun razılaşma əldə olunacağına ümid edir.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Kei Sato bildirib.
O qeyd edib: “Biz vəziyyəti yaxından izləyirik. Hesab edirik ki, ən vacib şey Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, vəziyyəti yumşaltmaqdır”.
Sato həmçinin Pakistanda ABŞ və İran arasında danışıqların bərpası ehtimalına münasibət bildirərək deyib: “Ümid edirik ki, ABŞ və İran məsləhətləşmələri bərpa etməklə dialoq yolu ilə yekun həll yoluna çatacaqlar”.
Aminə ŞAHSUVARQIZI