AZ

Gülşad Məmmədova: Abşeron yarımadasında dolu nadir hallarda baş verir

Gülşad
Dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir. Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir. Abşeron yarımadasında isə dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur. Bunu 1news.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may–iyun aylarında da qeydə alınır”. G.Məmmədova yaxın günlərdə gözlənilən hava şəraiti barədə də məlumat verib: “Aprelin 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bölgələrdə də hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, 16-sı gündüz bəzi yerlərdə havanın qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq”.

Seçilən
14
9
1news.az

10Mənbələr