AZ

Enerji layihələri Avropa ilə əlaqələrdə əsas rol oynayır

Analitik A.Səmədov Avropa ölkələrinin Azərbaycanla münasibətlərində fərqli yanaşmaların müşahidə olunduğunu bildirib.

News365.az xəbər verir ki, o, qeyd edib ki, Fransa uzun müddət ermənipərəst mövqe sərgiləsə də, son dövrlərdə bu ölkənin siyasətində müəyyən müsbət dəyişikliklər hiss olunur.


Analitik vurğulayıb ki, Macarıstan daim Azərbaycana siyasi dəstək göstərən ölkələrdən biridir. Onun sözlərinə görə, Rumıniya və Bolqarıstan Azərbaycan qazının Avropaya nəqlində mühüm rol oynayır və Qara dəniz üzərindən “yaşıl enerji” layihələrində də iştirak edirlər.

A.Səmədov Yunanıstanın da TANAP və TAP kimi strateji enerji layihələrində yer aldığını, Balkan regionuna çıxış baxımından əhəmiyyətli tərəfdaş olduğunu qeyd edib.

Onun fikrincə, Avropa İttifaqı ilə münasibətlərdə uğur əldə etmək təkcə Brüssel ilə əməkdaşlıqdan deyil, həm də qurum daxilində fərqli maraqlara malik aparıcı ölkələrlə məqsədyönlü və differensial siyasət aparmaqdan asılıdır. Bu yanaşma Azərbaycanın daha geniş iqtisadi imkanlar qazanmasına və siyasi balansın qorunmasına şərait yaradır.

Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, təhsil sahəsində imkanlar və Bakıya birbaşa uçuşlar vasitəsilə turizmin inkişafı müzakirə olunub.

Elçin Əmirbəyov həmçinin Çexiya mediasına – “CNN Prima News”a müsahibəsində Azərbaycanın Çexiya və Avropa İttifaqı ilə əlaqələri barədə geniş fikirlər səsləndirib.

News365.az

Seçilən
29
news365.az

1Mənbələr