AZ

YAP Nərimanov rayon təşkilatı tərəfindən 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə gənclər üçün ekskursiya təşkil olunub.

YAP Nərimanov rayon təşkilatı tərəfindən 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə gənclər üçün ekskursiya təşkil olunub.

15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinə gənclərin ekskursiyası təşkil olunmuşdur. Ekskursiya çərçivəsində gənclər Muzey Mərkəzində yerləşən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi ziyarət ediblər.

Tədbirin əsas məqsədi gənclər arasında milli-mədəni irsin təbliği, onların tarixi dəyərlərimizə marağının artırılması və mədəni maarifləndirmə işinin gücləndirilməsi olmuşdur. Ekskursiya çərçivəsində iştirakçılar Muzey Mərkəzinin ekspozisiyaları ilə yaxından tanış olmuş, ölkəmizin zəngin mədəni irsini əks etdirən nümunələr barədə ətraflı məlumat əldə etmişlər.

Tədbir zamanı vurğulanmışdır ki, Azərbaycan xalqının mədəni irsi onun milli kimliyinin əsas tərkib hissəsidir və bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mühüm vəzifəsidir.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclərin dünyagörüşünün genişlənməsinə, onların milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə mühüm töhfə verir.

Seçilən
33
3
yeniazerbaycan.com

4Mənbələr