AZ

Dünənki doluya görə narahatlığa əsas varmı? - AÇIQLAMA

Aprelin 14-də Bakının bir çox ərazilərində güclü yağışla yanaşı, dolu da müşahidə olunub. Son illərdə paytaxtda belə hava hadisələrinin müşahidə edilməməsi sakinlər arasında müəyyən narahatlıq yaradıb. Qeyri-adi təbiət hadisəsi bəzi insanlarda gələcəkdə daha ciddi təbii fəlakətlərin baş verə biləcəyi ilə bağlı suallar və təşviş doğurub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, baş verən dolu yağıntısı bahara xas xüsusiyyətdir.

Qorxmaz

O bildirib ki, qışdan çıxıb bahar fəslinə daxil olunan zaman fəsil bəzən isti, bəzən isə yağıntılarla müşahidə edilə bilər: “Hava isinməyə doğru gedir. Havalar bir saat isti olduğu təqdirdə anidən soyuyub yağıntı başlayırsa, müəyyən anlarda davamında yağıntılı doluya çevrilə bilər. Burada narahat olacaq nəisə yoxdur. İstiləşməyə başlayan havalarda yağıntılar olur. İqlim dəyişikliyi ilə əlaqəsi yoxdur, normal təbiət hadisəsi və bahara xas yağıntıdır. Dolu baharda, yayın, payızın əvvəllərində yağa bilər. Dünənki yağış və dolu havadakı çirklənmə ilə bağlı deyil, atmosferdə baş verən proseslərdir. Ani daxil olan soyuq hava kütlələri nəticəsində yağıntı necə ki dağlarda qara çevrilir, elə də ani sürətli leysan xarakterli yağışlar zamanı soyuma getdiyinə görə bəzi yerlərdə doluya çevrilə bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 15 Aprel 2026, 14:20   
Seçilən
10
pravda.az

1Mənbələr