AZ

Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Avropa İttifaqı səfirləri Brüsseldə Ermənistana yeni mülki missiya göndərmək qərarına gəliblər”.

525.az xəbər verir ki, bu barədə  “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb. 

Qərarın yekun təsdiqinin gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə baş tutacağı gözlənilir.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin yeni missiyanın mandatını, strukturunu və müddətini müəyyən edən sənədinə əsasən, onun məqsədi təhlükəsizlik sektoru nazirliklərinə və qurumlarına strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirmək olacaq.

Məsləhətlər xarici informasiya manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının müəyyən edilməsi və qarşısının alınması məsələlərinə yönələcək.

Missiya, həmçinin Ermənistanın təhlükəsizlik imkanlarını inkişaf etdirmək üçün hansı tədbirlərin görülməli olduğunu qiymətləndirəcək ki, bu da ölkənin Aİ metodologiyalarına və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv şəkildə müəyyən etməsinə və onlara cavab verməsinə imkan verəcək.

Yeni Aİ komandasının iki il müddətinə Ermənistana göndəriləcəyi, 20-30 beynəlxalq əməkdaşdan ibarət olacağı və "Avropa İttifaqı Tərəfdaşlıq Missiyası" adı altında fəaliyyət göstərəcəyi gözlənilir.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
525.az

1Mənbələr