AZ

Qulu Məhərrəmlidən “Gününsəsi”nə yubiley təbriki Video

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli  Gununsesi.info-nu 10 illiyi münasibətilə təbrik edib:

“Bu gün Azərbaycanda önəmli olan media qurumlarının mövcudluğudur. Çünki getdikcə belə qurumların sayı azalır. Azad media qurumlarının azalmasının çox səbəbi var. Əsas səbəblərindən biri də azad düşüncəli jurnalistlərin sayının azalmasıdır və bu proses davam edir.

Ancaq Gununsesi.info uzun illərdir ki, azad media qurumu kimi qəbul olunur. Verdiyi məlumatlar, cəsarətli yazılar, təhlillər, müsahibələr, auditoriya üçün gərəkli məlumatların davamlı şəkildə təqdim olunması onun oxucular arasında hörmətini xeyli artırıb. Bu baxımdan Gununsesi.info-da mətbuat azadlığı, peşəkarlıq və jurnalist etikası ön plandadır.

Bu gün saytın yubileyidir. Mən həmin saytın əməkdaşlarını bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, başda əziz dostumuz və həmkarımız Pərviz Həşimli olmaqla. Onlara uğurlar arzulayıram, fəaliyyətlərini bu istiqamətdə davam etdirmələrini və daim cəmiyyət üçün faydalı olmalarını diləyirəm“.

@gununsesi.info

Qulu Məhərrəmlidən “Gününsəsi”nə yubiley təbriki- Video

♬ оригинальный звук – Gununsesi.info

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr