Türkiyənin Kahramanmaraş şəhərində orta məktəblərdən birində silah səslərinin eşidilməsi həyəcanlı anlara səbəb olub.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis və təhlükəsizlik qüvvələri cəlb edilib.
Hadisə Onikişubat rayonunda yerləşən Ayşel Çalık orta məktəbində baş verib.
Silahlı insidentlə bağlı daxil olan müraciətdən dərhal sonra ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri gücləndirilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırmalar davam etdirilir.
Musavat.com

