AZ

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pentaqon yaxın günlərdə Yaxın Şərqə əlavə hərbi kontingent göndərəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinə amerikalı rəsmi məlumat verib.

Onun sözlərinə görə, göndərilən qüvvələrə “USS George H. W. Bush” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu tərkibində 6 min hərbçi daxildir. Bundan əlavə, aprelin sonunadək bölgəyə daha təxminən 4200 dəniz piyadasının çatacağı gözlənilir. Mənbə bildirib ki, ABŞ administrasiyasının bu addımı İranı münaqişənin dayandırılması ilə bağlı razılaşma əldə etməyə məcbur etmək məqsədi daşıyır.

Pentaqonun məlumatına görə, hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi yerləşdirilib. Qəzetin sorğu keçirdiyi hərbi ekspertlərin fikrincə, əlavə qüvvələr ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına Amerika–İran danışıqları uğursuz olacağı təqdirdə “daha geniş imkanlar” verəcək. İranla ABŞ arasında əldə olunmuş atəşkəsin müddəti 22 apreldə başa çatır.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran hakimiyyəti isə ABŞ, İsrail və bu ölkəyə qarşı həyata keçirilən hücumu dəstəkləyən dövlətlərlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Vaşinqton aprelin 7-də Tehranla qarşılıqlı olaraq iki həftəlik atəşkəs elan etdiyini açıqlayıb. İranın Təcili Tibbi Yardım Təşkilatının məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də tərəflər İslamabadda bir neçə raund danışıqlar aparıblar. Tehran və Vaşinqtonun bildirdiyinə görə, bir sıra ziddiyyətlər səbəbindən uzunmüddətli nizamlanma ilə bağlı razılıq əldə olunmayıb. "Associated Press" agentliyinin məlumatına əsasən, növbəti danışıqlar raundu aprelin 16-da keçirilə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
26
bizimyol.info

10Mənbələr