AZ

Türkmənistan lideri hidrogen enerjisinə keçid təklifi verib

BAKI, 15 aprel. TELEQRAF

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dünya ölkələrinə hidrogen enerjisinə keçid üçün on illik Qlobal Proqramın yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

“Türkmənistanda hidrogen enerjisinin praktiki inkişafına başladığımız üçün bu istiqamətdə mümkün olan ən geniş spektrdə və bütün maraqlı beynəlxalq tərəfdaşlarla işləməyə hazırıq. Bu baxımdan, hidrogen enerjisinə keçid üçün on illik Qlobal Proqramın yaradılması təşəbbüsünü irəli sürürük. Belə bir sənədin hazırlanması üsullarını BMT ilə müzakirə etməyə açığıq”, - Türkmənistan lideri bildirib.

Seçilən
30
teleqraf.com

1Mənbələr