AZ

Türkiyədə daha bir məktəbdə silahlı hücum: ölən və yaralananlar var

BAKI,TurkicWorld

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.

TurkicWorld xəbər verir ki, Onikişubat rayonunda yerləşən Ayser Çalık orta məktəbində silah səslərinin eşidilməsi ilə hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Məlumata əsasən, Kahramanmaraş valisi Mükerrem Ünlüer məktəbdə hələlik səbəbi bilinməyən silahlı hücum baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananların olduğu barədə ilkin məlumat daxil olub.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları insidentin bütün təfərrüatlarını araşdırır.

Seçilən
29
turkic.world

1Mənbələr