Ermənistanda 7 iyun parlament seçkilərindən öncə siyasi mübarizə kəskinləşir.
Publika.az xəbər verir ki, əsas müzakirə mövzularından biri də müxalifət qüvvələrinin birləşməməsidir.
Ekspertlərin fikrincə, müxalifət parçalanmış formada seçkiyə gedərsə, hakimiyyətin şansı çox olacaq.
“Güclü Ermənistan” partiyasının lideri, baş nazirliyə namizəd Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi blokda təmsil olunan “Birləşmiş Ermənilər Partiyasının” sədri Nairi Sarkisyan isə hesab edir ki, müxalifətin birləşməməsi haqda danışmaq hələ tezdir.