AZ

Paşinyan: Azərbaycandan yanacaq idxal etməklə on milyardlarla vəsaitə qənaət etmişik

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Azərbaycanla ticarətdən, xüsusən də neft məhsulları idxalından əldə etdiyi iqtisadi fayda barədə danışıb.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə o Milli Məclisdəki çıxışı zamanı bildirib.

"Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər. Azərbaycan neft məhsullarının idxalı - bazarda 8 il davam edən monopoliya vəziyyətinin aradan qaldırılması əməliyyatını başa çatdırmağımıza imkan verən son amil oldu. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə daxili erməni mafiyası deyil, onun bəzən başqa yerlərdə də digər filialları olur", - Paşinyan deyib.

O əlavə edib ki, əgər Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı, mümkün böhranlar, o cümlədən Hörmüz boğazı ətrafındakı vəziyyət ölkə iqtisadiyyatına daha güclü təsir edərdi.

Seçilən
10
5
far.az

8Mənbələr