AZ

Türkiyədə məktəbli 4 nəfəri öldürdü, 20 yaralı var YENİLƏNİB

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücumda ölənlərin sayı 4-ə çatıb. 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, insident zamanı Ayser Çalık orta məktəbinə hücum zamanı 20 yaralı var. 

Hadisəni məktəbin 8-ci sinif şagirdinin törətdiyi qeyd edilib. 

***

15:15

Türkiyənin Kahramanmaraş ərazisindəki məktəblərdən birinə silahlı hücum edilib. 

Modern.az xəbər verir ki, hadisə Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində baş verib.

Kahramanmaraş valisi Mükerrem Ünlüer ölənlərin olduğunu təsdiqləyib. İlkin məlumatlara görə, 6 nəfər yaralanıb.

Xatırladaq ki, bundan öncə Şanlıurfanın Siverek rayonundakı bir liseydə dünən atışma baş verib. Məktəbə ov tüfəngi ilə girən təcavüzkar intihar etməzdən əvvəl 16 nəfəri yaralayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
16
modern.az

10Mənbələr