Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.
Oxuməni.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutacaq.
Günün mərkəzi oyununda Münhendə "Bavariya" və Madrid "Real"lı üz-üzə gələcək. Digər görüşdə isə London "Arsenal"ı Lissabonun "Sportinq"ini qəbul edəcək.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/4 final
15 aprel
"Bavariya" (Almaniya)-"Real Madrid" (İspaniya). İlk oyun münhenlilərin xeyrinə (2:1) başa çatıb.
"Arsenal" (İngiltərə)-"Sportinq" (Portuqaliya). İlk oyunda londonlular 1:0 hesabı ilə rəqiblərinə qalib gəliblər .
Xatırladaq ki, "Bavariya" – “Real” oyununun qalıbi yarımfinalda kubokun hazırkı sahibi "PSJ" ilə, "Arsenal" –“ Sportinq" qarşılaşmasının qalibi isə “Atletiko” Madridlə qarşılaşacaqlar.
Qeyd edək ki, yarımfinal oyunları isə 28-29 aprel və 5-6 may tarixlərində keçiriləcək. Avropanın ən yaxşı futbol turnirinin finalı 30 mayda Budapeştdə keçiriləcək.
Almaz Həsənli