AZ

"Bank Avrasiya" mənfəətdən zərərə keçib

"Bank Avrasiya" ASC bu ilin I rübünü 937.02 min manat zərərlə başa vurub.

APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bank 1,98 milyon manat mənfəət əldə etmişdi.

Buna səbəb bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları kəskin artırması olub. Belə ki, rüb ərzində bank 2,2 milyon manat həcmində ehtiyat yaradıb.

Hesabat dövründə bankın əməliyyat mənfəəti də 11,34% azalaraq 1,2 milyon manat olub. Bank müştərilərin depozitləri üzrə faizlərə 12 milyon manat xərc çəkib ki, bu da illik müqayisədə 2,2 dəfə artım deməkdir. Bundan başqa, bankın amortizasiya xərcləri 156.6 min manatdan 189.8 min manata, digər xərcləri isə 902.3 min manatdan 1 milyon 381 min manata yüksəlib.

Bankın müştərilərə verilmiş kreditlərində biznes kreditlərinin payı azalıb. Belə ki, bankın biznes kredit portfeli 13,5 faiz azalaraq 51,2 milyon manata enib.

Bankın vaxtı keçmiş kreditlərinin həcmi 20 milyon 177 min manat olub. Gecikmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 12,7 faiz təşkil edib.

Seçilən
13
1
apa.az

2Mənbələr