AZ

İran: ABŞ mühasirəsi olarsa, bölgədə ixrac dayandırılacaq

İran:

İran ABŞ-nin “dəniz mühasirəsi” təhdidlərinə cavab olaraq bildirib ki, belə bir addım atılarsa Fars körfəzi, Umman dənizi və Qırmızı dənizdə ixrac və idxal fəaliyyətinə icazə verilməyəcək.

1news.az xarici mediaya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin nümayəndəsi Əli Abdullahi bildirib ki, ABŞ-nin bu addımı atəşkəsin pozulması sayılacaq və Tehran milli maraqlarını qorumaq üçün qəti tədbirlər görəcək.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl İran sahillərinə yönələn gəmilərə məhdudiyyət tətbiq ediləcəyini açıqlamışdı. Buna baxmayaraq, bəzi İran gəmilərinin Hürmüz Boğazından keçdiyi bildirilir.

Seçilən
4
1
1news.az

2Mənbələr