Paris, 15 aprel, AZƏRTAC
Fransada prezident seçkilərinə bir il qalmış radikal sağçı Milli Birlik partiyası maliyyə problemi ilə üzləşib. 10,7 milyon avro məbləğində kredit götürmək istəyən partiya hələlik buna nail ola bilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “francinfo” portalı məlumat yayıb.
Bildirilir ki, Fransa daxilində və Avropada hələ heç bir bank Milli Birlik partiyasına kredit verməyə razı olmayıb.
Yayılan məlumata görə, problemin həlli üçün partiyanın prezidenti Marin Lö Pen, Jordan Bardella və müşavirlərin iştirakı ilə Parisdən kənarda gizli görüş keçiriləcək.