AZ

TƏBİB də islahatlar dönəmi başlayır Gözləmtilər nədir?

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Son illər Azərbaycanın səhiyyə sistemində mərhələli islahatlar həyata keçirilir. Bu islahatların əsas istiqaməti icbari tibbi sığorta modelinin tətbiqi və xidmətlərin maliyyələşdirilməsi mexanizminin yenidən qurulması ilə bağlıdır. 

TƏBİB-in yeni icraçı direktoru Anar Məhərrəmovun təyinatı ölkənin səhiyyə sistemində aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilir. Bu dəyişiklik tibbi xidmətlərdə vətəndaş məmnunluğunun artırılmasına, xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyətinin yüksəldilməsinə yönəlib. Eyni zamanda, səhiyyə və sosial müdafiə sistemləri arasında koordinasiyanın gücləndirilməsi, tibbi sığorta vəsaitlərinin daha səmərəli idarə olunması və TƏBİB-in institusional rolunun artırılması əsas prioritetlər sırasındadır. Yeni idarəetmə yanaşmasının qurumun daha müasir, dayanıqlı və vətəndaşyönümlü fəaliyyətinə töhfə verəcəyi gözlənilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a bildirib ki, yeni idarəetmə sistemində bir sıra məsələlər həll olunmalıdır:

"TƏBİB-in  fəaliyyətində mövcud olan nöqsanlar və ya bu fəaliyyətlə bağlı iradlar yeni icraçı direktor tərəfindən nəzərə alınsa, məqsədəuyğun olar. Elektron növbə sistemi qaydaya salınsa, insanların narahatlığı xeyli dərəcədə aradan qalxar. Bundan başqa, həkimlər üçün sabit maaş sistemi qurulmalı, bonus sistemi isə ləğv olunmaldır. Bu yanaşma tamamilə yanlış bir yol idi”.

O qeyd edib ki, təchizat məsələlərinə diqqət yetirilməlidir:

"Daha sonra təchizat məsələlərinə diqqət yetirilməli, tibb müəssisələrinin binaları və tədris korpusları ilə bağlı işlər görülməli, eyni zamanda icbari sığorta vasitəsilə xəstələrin axını təmin olunmalıdır. Bu, həm rezidentlərin yetişməsi, həm də icbari sığorta sisteminə peşəkar həkimlərin cəlb edilməsi baxımından çox vacibdir.

Yəni, bu məsələlər yenidən tənzimlənsə, bu sahədə ciddi dönüş baş verə bilər. Ümid edirik ki, baş verən islahatlar öz töhvəsini verəcək”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azxeber.com

1Mənbələr