AZ

Yaponiyada tədqiqatçılar üçün təqaüd: müraciət başladı

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Yaponiyanın Matsumae Beynəlxalq Fondu gənc tədqiqatçılar üçün yeni təqaüd proqramı elan edib.

AZXEBER.COM xəbər verir ki, proqram çərçivəsində təbiət elmləri, mühəndislik, tibb və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən tədqiqatçılar üçün imkan yaradılır. Ümumilikdə 15 nəfərədək namizədin seçilməsi nəzərdə tutulur.

Seçilmiş iştirakçılar 2027-ci ilin iyun ayından 2028-ci ilin mart ayınadək Yaponiyada elmi-tədqiqat fəaliyyəti ilə məşğul ola biləcəklər.

Müraciət üçün son tarix 30 iyun 2026-cı il müəyyən edilib. Proqramın şərtləri, qəbul qaydaları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat rəsmi elan vasitəsilə təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azxeber.com

1Mənbələr