AZ

2027-ci il üzrə dövlət büdcəsinin 42 milyard manatdan manat proqnozlaşdırılır

Maliyyə Nazirliyi 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəriciləri açıqlayıb.

Marja.az xəbər verir ki, 2027-ci il üçün icmal büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3094,2 milyon manat və yaxud 6,9 faiz çox olmaqla 48063,6 milyon manat, ortamüddətli dövrün sonuna isə 8830,5 milyon manat və yaxud 19,6 faiz çox olmaqla 53799,9 milyon manat proqnozlaşdırılır.

Belə ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 8,1 faiz bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8 faiz artaraq 28,4 milyard manat təşkil edəcəkdir. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17,0 faiz azalaraq dövrün sonunda 12,7 milyard manata qədər enəcəkdir.

2027-ci il üçün icmal büdcənin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1266,7 milyon manat və yaxud 2,6 faiz çox olmaqla 50106,0 milyon manat, ortamüddətli dövrün sonuna isə 5014,7 milyon manat və yaxud 10,3 faiz çox olmaqla 53854,0 milyon manat proqnozlaşdırılır.

Eyni zamanda, 2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42200,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyon manat və ya 1,2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2746,4 milyon manat və yaxud 6,6 faiz çox olmaqla 44450,0 milyon manat proqnozlaşdırılır.

2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26002,5 milyon manatı və ya 61,6 faizi cari xərclərə (2026-cı illə müqayisədə 800,9 milyon manat və ya 3,2 faiz çox), 13800,0 milyon manatı və ya 32,7 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə 244,4 milyon manat və ya 1,7 faiz az), 2397,5 milyon manatı və ya 5,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2026-cı illə müqayisədə 60,1 milyon manat və ya 2,4 faiz az) yönəldilməsi proqnozlaşdırılır.

İş elanları AzVak.az-da

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiz təşkil edəcəyi, 2030-cu ildə isə 2,0 faizə enəcəyi proqnozlaşdırılır. 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3064,0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3161,0, 3210,3 və 3408,0 milyon manat məbləğində proqnozlaşdırılır.

Seçilən
36
6
marja.az

10Mənbələr