İngiltərədə “Humberside Police”də xidmət edən polis məmuru Alişa Staves etik qaydaları pozduğu üçün işdən azad edilib.
NOCOMMENT.az xəbər verir ki, onun davranışı hüquq-mühafizə orqanlarında ciddi müzakirələrə səbəb olub.
Məlumata görə, 31 yaşlı Staves 2023-cü ildə vəzifə başında olarkən polis formasının bəzi hissələrini geyinərək yarıçılpaq şəkillər çəkdirib. O, bu fotoları sevgilisinə uyğun olmayan mesajlarla göndərib. İddialara əsasən, o, hətta polis bölməsindəki anbara gizli daxil olaraq forma geyimləri ilə bu şəkilləri çəkib.
Hadisənin başqa bir detalında isə Stavesin evdə olarkən də xidməti gülləkeçirməz jilet geyinərək oxşar fotolar çəkdiyi və paylaşdığı bildirilir. Bu görüntülər uzun müddət gizli qalsa da, sonradan başqa bir araşdırma zamanı onun rəqəmsal cihazlarında aşkarlanıb.
İntizam araşdırması zamanı Stavesin vəkili bu hərəkətləri “zarafat” və “ani səhv” kimi izah etməyə çalışsa da, bu arqument qəbul edilməyib. Polis rəhbərliyi bildirib ki, bu cür davranışlar sadəcə şəxsi məsələ deyil, qurumun nüfuzuna ciddi zərbə vurur.
Qərara əsasən, Alişa Stavesin hərəkətləri “kobud davranış” kimi qiymətləndirilib və o, dərhal polis sıralarından uzaqlaşdırılıb.


