AZ

Hökumət: Azərbaycanda ortamüddətli 3.3% real iqtisadi artım proqnozlaşdırılır

Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi  tərəfindən  cari ilin  mart  ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridəneftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 ABŞ dolları olacağı fərz edilib.

Banker.az bunu Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsində bildirir.

Proqnozlara əsasən 2027-ci  ilin  sonuna  ÜDM-in  həcmi  139  milyard  manat  təşkil edəcəyi,  2030-cu  ildə isə 166,9  milyard  manata  qədər  artacağı gözlənilir.

ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildəisə 81,8%-ə çatacağı gözlənilir.

Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.

Bundan əlavə hesabatda qeyd edilib ki, ötən ildə bir sıra enerji vəərzaq məhsullarının ucuzlaşması, qiymətli metalların isəəhəmiyyətli  dərəcədəbahalaşması  müşahidəedilmişdir. “Azeri  Light”  markalı  neftin  bir barrelinin  orta  illik  qiyməti 71 ABŞ dolları səviyyəsində qərarlaşmış, 2024-cü  ildəki  ortaqiymətdən 14,3faiz az, 2025-ciilin dövlət büdcəsinin hazırlanması zamanı əsas götürülmüş göstəricidən  (70 ABŞ dolları) 1,4 faiz çox olmuşdur. Cari  ilin  ilk  rübündə cərəyan  edən hadisələr nəticəsində neftin bir barelinin orta ixrac qiyməti 82,2 ABŞ dolları təşkil edib.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cıildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artımproqnozlaşdırılmışdır.2027-ciildəəsas kapitala olan investisiyalarda 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1faiz  artım  olacağı,  2026-cı  ildən  2028-ciilin  sonuna  doğru  neft-qaz  sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5%  proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.

Seçilən
13
4
banker.az

10Mənbələr